2023-cü ilin noyabrında Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyinin bazasında Kazan Federal Universitetinin “Qayum Nasıri İnstitutu” Elmi-Təhsil Mərkəzinin Bakı Təhsil və Mədəniyyət Mərkəzi açılıb.
Mərkəz tatar və rus dillərinin, eləcə də bu xalqların mədəni irsinin qorunması, təbliği və inkişafı məqsədilə yaradılıb. O, Kazan Federal Universitetinin Rusiya və digər ölkələrdə fəaliyyət göstərən Qayum Nasıri İnstitutu mərkəzləri şəbəkəsinə ↗ daxildir.
Əsas fəaliyyət istiqamətləri
- birgə vebinarlar;
- KFU mütəxəssislərinin onlayn mühazirələri;
- ödənişsiz onlayn tatar dili dərsləri;
- müsabiqələr, mədəni-maarifləndirici tədbirlər və digər layihələr.
Mərkəzin rəhbəri və metodisti
Elmira Süleyman qızı Yusifli